Qablaşdırma dizaynı
Qutu, etiket, flakon və blister üçün dizayn. Dieline qurulması, materiala və çap texnologiyasına uyğun maket, farmasevtik və FMCG məhsulları üçün məlumat iyerarxiyası.
- Dieline
- Etiket
- Mock-up
- Prepress
- Farma qablaşdırma
Qrafik dizayner · Packaging dizayner
Qablaşdırma, loqo və brendinq üzrə 4 illik təcrübə. Fikirdən dielinə, dielindən çapa hazır fayla qədər bütün mərhələni bilən dizayner.
peşəkar dizayn təcrübəsi
hazırda EVA MED MMC-də qablaşdırma dizayneri
yerli və beynəlxalq bazardan freelance sifarişlər
konsepsiyadan çapa hazır fayla qədər
Xidmətlər
Brendin ilk təəssüratından tutmuş məhsulun rəfdəki görünüşünə qədər. Hər iş brend strategiyası və çap tələbləri nəzərə alınaraq hazırlanır.
Qutu, etiket, flakon və blister üçün dizayn. Dieline qurulması, materiala və çap texnologiyasına uyğun maket, farmasevtik və FMCG məhsulları üçün məlumat iyerarxiyası.
Yaddaqalan, miqyasa davamlı və hər daşıyıcıda oxunan loqo işarəsi.
Rəng palitrası, tipoqrafiya, qrafik elementlər və brendbuk ilə bütöv vizual sistem.
Brend üslubunda post, story, kampaniya və reklam vizualları, ardıcıl şablon sistemi ilə.
Broşur, flayer, kataloq, plakat və POS materialları, çapa hazır fayl ilə.
Seçilmiş işlər
Behance profilimdən seçilmiş layihələr. Hər kart tam təqdimata aparır: loqo, rəng sistemi, tipoqrafiya və tətbiq nümunələri ilə.
Bacarıqlar
Dizayn proqramlarını gündəlik iş aləti kimi istifadə edirəm. Çap prosesini anlamaq isə dizaynın ekranda deyil, rəfdə də düzgün görünməsini təmin edir.
İş prosesi
Hər layihə eyni aydın ardıcıllıqla gedir, ona görə hansı mərhələdə olduğumuzu hər zaman bilirsiniz.
Məhsul, auditoriya, rəqiblər və texniki tələblər müəyyənləşir.
Bazar, rəf mühiti və vizual istiqamət təhlil olunur.
2–3 dizayn istiqaməti mock-up ilə təqdim olunur.
Seçilmiş variant düzəlişlərlə yekunlaşır.
Dieline, rənglər və fayllar mətbəə üçün hazırlanır.
Layihələrin bir hissəsi müştəri məxfiliyi və NDA ilə qorunduğu üçün açıq paylaşılmır. Yuxarıdakılar açıq təqdim edilə bilən işlərdir; sizin sahənizə uyğun digər işləri görüş zamanı və ya fərdi PDF ilə göstərə bilərəm.
Əlaqə
E-poçt
Behance
Format
Freelance · Bakı və uzaqdan
Bu səhifədəki bütün dizayn işləri, loqolar, vizuallar və mətnlər Kheyransa Musayevanın müəllif hüququ ilə qorunur. Müəllifin yazılı icazəsi olmadan kopyalanması, yenidən yayılması, dəyişdirilməsi və kommersiya məqsədilə istifadəsi qadağandır. İstifadə icazəsi üçün: kheyransa.gm@gmail.com. Layihələrdə göstərilən brend adları və loqolar müvafiq müştərilərə məxsus ola bilər.